"Qarabağ"ın oyunlarında VAR olacaq

"Qarabağ"ın oyunlarında VAR olacaq
Futbol
30 İyul 2022 - 22:55
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın Macarıstan "Ferenstvaroş"una qarşı keçirəcəyi oyunlarında video-köməkçi hakim (VAR) sistemindən istifadə olunacaq.

Supersport.Az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına əsasən, bu sistem 3-cü təsnifat mərhələsinin matçlarında ilk dəfə tətbiq ediləcək.

Avropa futbol qurumu VAR qurğusunu çatdırmaq üçün klublar və televiziya yayıma cavabdeh olan müvafiq telekanallarla sıx əməkdaşlıq edir.

"Qarabağ" "Ferenstvaroş"a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab oyununu avqustun 9-da Budapeştdə keçirəcək.

Digər xəbərlər