"Neftçi" "Aris"i əliboş göndərdi - Video

"Neftçi" "Aris"i əliboş göndərdi - Video
Futbol, Video
29 İyul 2022 - 00:01
Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsində "Neftçi" cavab oyununda "Aris"i sınağa çəkib. Azərbaycan  klubu 3 cavabsiz qolla qələbə qazanaraq mərhələ adlayıb. Qollara Qodsvey Donyo, Eddi İsrafilov və Kenni Sayef imza atıblar. "Ağ-qaralar" Larnakadakı ilk matçda məğlub olmuşdu - 0:2. İki oyunun nəticəsinə görə qalib gələn (3:2) "Neftçi" III təsnifat mərhələsinə yüksəlib. Azərbaycan klubu bu mərhələdə Avstriyanın "Rapid" klubu ilə qarşılaşacaq.

Digər xəbərlər