"Qarabağ"ın qrupa düşməsini istəyirik, tənqidləri qəbul edirik" - AFFA-nın baş katibi

"Qarabağ"ın qrupa düşməsini istəyirik, tənqidləri qəbul edirik" - AFFA-nın baş katibi
Futbol
20 İyul 2022 - 07:00
Supersport.Az-ın məlumatına görə, AFFA-nın baş katibi Sərxan Hacıyev dünən idman jurnalistləriylə görüşdə qarşıdakı 22 iyul - "Milli Mətbuat Günü" münasibətilə media nümayəndələrini təbrik edib.

Ölkədə idman yazarlarının da xüsusi rolu olduğunu qabardan qurum rəsmisi, tənqidləri normal qəbul etdiklərini, anlayışla qarşıladıqlarını bildirib.

Baş katib, çıxışı zamanı Çempionlar Liqasında Azərbaycanın təmsilçisi "Qarabağ"ın "Sürix"i də keçəcəyinə inamını ifadə edib və Ağdam kollektivinə ikinci dəfə bu yarışın qrupuna vəsiqə qazanmasını arzulayıb.

AFFA rəsmisi, Avrokuboklarda digər klublarımızdan "Neftçi", "Zirə", "Qəbələ"yə də uğurlar diləyib, bu komandaları da ən azı qrupda görmək istəyini çatdırıb.

 

 

Digər xəbərlər