"Qarabağ" – "Sürix" oyununun vaxtı dəqiqləşdi

"Qarabağ" – "Sürix" oyununun vaxtı dəqiqləşdi
Futbol
13 İyul 2022 - 12:31
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"la "Sürix" arasında ilk oyunun tarixi və başlama saatı dəqiqləşib.

Birinci matç iyulun 19-u, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun yerli vaxtla saat 20:00-da başlanacaq.

Cavab görüşü isə iyulun 27-də İsveçrədə olacaq.

 

Digər xəbərlər