Hidayət Heydərov məşhur cüdoçunu udub birinci oldu

Hidayət Heydərov məşhur cüdoçunu udub birinci oldu
Digər, Cüdo
09 İyul 2022 - 20:31
Azərbaycan cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Böyük Dəbilqə” yarışında qızıl medal qazanıb.

Supersport.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı idmançı finalda gürcüstanlı olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Laşa Şavdatuaşvilini qızıl xal bölümündə məğlub edib.

Digər cüdoçumuz Rüstəm Orucov bürünc medal qazanıb. 73 kq çəki dərəcəsində çıxış edən 31 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə kubalı Maqdiel Estradaya qalib gəlib.

Digər xəbərlər