Fərid Qayıbov futbolumuzun vəziyyətini müzakirə etdi - Foto

Fərid Qayıbov futbolumuzun vəziyyətini müzakirə etdi - Foto
Futbol, Foto
07 İyul 2022 - 09:00


Supersport.Az-ın məlumatına görə, iyulun 6-da gənclər və idman naziri Fərid Qayıbov bir qrup futbol veteranı, AFFA rəsmisiylə görüş keçirib.

Veteranları salamlayan nazir, onlarla ölkə futbolunun vəziyyəti barədə müzakirələr aparıb.

Veteranlardan Oqtay Abdullayev, Maşallah Əhmədov, Tərlan Əhmədov, Novruz Əzimov, Arif Əsədov, Asim Xudiyev və digərləri ölkə çempionatı, klublar və milli yığma komanda ilə bağlı fikirlərini bildiriblər.

Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və AFFA-nın baş katibi Sərxan Hacıyev də iştirak ediblər.

Məlumatı Gənclər və İdman Nazirliyinin mətbuat xidməti yayıb.

 

Digər xəbərlər