Azərbaycandan uğurlu nəticə

Azərbaycandan uğurlu nəticə
Digər
30 İyun 2022 - 06:00
Supersport.Az-ın məlumatına görə, Tunis Qran-Prisində para-atletika idman növü üzrə Azərbaycan təmsilçiləri uğurlu çıxışla yadda qalıb.

Səid Nəcəfzadə (T12) uzunluğa tullanmada 7.19 metr, Orxan Qasımov (F13) nizə atmada 62.86 metr, Elmir Cəbrayılov (T13) 400 metrə qaçışda 51.92 saniyə nəticə ilə yarışın qızıl medalını qazanıblar.

Uzunluğa tullanma növündə digər təmsilçimiz Kamil Əliyev (T12) isə 6.61 metr nəticə göstərərək bürünc medala layiq görülüb.

Bununla da Tunis Qran-Prisində idmançılarımızın qazandığı medal sayı 6-ya çatıb.

Qeyd edək ki, daha öncə Məhərrəm Qasımov (F11) nüvə itələmə növündə 10.13 metr və  Elmir Cəbrayılov (T13) 100 metrəyə qaçış növündə 11.55 saniyəlik nəticə göstərərək yarışın qızıl medalını əldə ediblər.

Digər xəbərlər