"Qarabağ"ın səhmləri satışa çıxarıldı

"Qarabağ"ın səhmləri satışa çıxarıldı
Futbol
30 İyun 2022 - 10:45
Azərbaycanın ən populyar futbol klubu olan "Qarabağ"ın səhmləri satışa çıxarılıb.

Supersport.Az xəbər verir ki, söhbət "Qarabağ Futbol Klubu" MMC-nin təsisçi payından gedir.

Təsisçi payını Cəmiyyətin ilk təsisçilərindən olan, mərhum Adil Nadirovun oğlu Sənan Nadirov satışa çıxarıb.

Adil Nadirovun vəfatından sonra ona məxsus olan "Qarabağ Futbol Klubu" MMC-dəki 4851,88 miqdarında təsisçi payı vərəsəlik yolu ilə oğlu Sənan Nadirovun mülkiyyətinə keçib.




Qeyd olunan paylar hazırda açıq satışa çıxarılmaqla, 300 000 manat qiymətinə təklif olunur.




Digər xəbərlər