"Neftçi"nin hazırlıq planı

"Neftçi"nin hazırlıq planı
Futbol
29 İyun 2022 - 14:21
"Neftçi"  2022/2023 mövsümünə hazırlığın ikinci mərhələsini Türkiyədə keçirəcək.

Supersport.Az xəbər verir ki, taktiki və texniki çalışmalardan ibarət olacaq bu mərhələ iyulun 1-dən 15-dək Bolu bölgəsində təşkil olunacaq. Ayın 1-də qardaş ölkəyə yollanacaq komandamızın üzvləri “The Sign Esentepe Hotel & Ski Center” otelində məskunlaşacaqlar. Flaqman orada 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunların günü və rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.

Toplanışın fiziki hazırlığa həsr olunan ilk mərhələsinə iyunun 17-də başlayan “ağ-qaralar” məşqləri “Türk Hava Yolları Futbol Mərkəzi”ndə davam etdirir.

Qeyd edək ki, “Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 21-i Bakı vaxtı ilə saat 21:30-da “AEK Arena”da, cavab matçı isə ayın 28-i saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.

Digər xəbərlər