Avropa qurumunun yeni pezidenti seçildi - Foto

Avropa qurumunun yeni pezidenti seçildi - Foto
Digər, Cüdo
18 İyun 2022 - 14:00
Supersport.Az-ın məlumatına görə, 17 iyun 2022-ci ildə Vyanada Avropa Cüdo Birliyinin (ACB) növbədənkənar konqresi keçirilib. Tədbirdə 51 üzv ölkənin 49-nun nümayəndəsi iştirak edib. Ölkəmizi Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və baş katib Rəşad Rəsullu təmsil ediblər.

Beynəlxalq Cüdo Federasiyasının (BCF) prezidenti və ACB-nin fəxri prezidenti Marius Vizerin də iştirak etdiyi Konqresdə ACB-nin prezidenti və İdarə Heyətinə seçkilər baş tutub. Səsvermə nəticəsində Macarıstan təmsilçisi Laslo Tot təşkilatın yeni prezidenti seçilib. 62 yaşlı idman diplomatı 24 ildən çoxdur ki, Macarıstan Cüdo Assosiasiyasına rəhbərlik edir və 7-ci dan dərəcəsinə malikdir.

Üzvlərin səsverməsi nəticəsində həmçinin, Avstriya təmsilçisi Martin Poyger təşkilatın baş katibi və Malta təmsilçisi Envik Qalea isə Birliyin xəzinədarı vəzifələrinə seçiliblər.

Azərbaycan Cüdo Federasiyası, Azərbaycan cüdosunun yaxın dostu Dr. Laslo Tot başda olmaqla, ACB-nin bütün yeni rəhbərliyini təbrik edib, onlara Avropa cüdosunun inkişafı istiqamətində görəcəkləri işlərdə uğurlar arzulayıb.



 

Digər xəbərlər