Avropa çempionlarımız kuboku Bakıda nümayiş etdirdi - Foto-Video

Avropa çempionlarımız kuboku Bakıda nümayiş etdirdi - Foto-Video
Futbol, Eksklüziv, Video
16 İyun 2022 - 00:01
Supersport.Az-ın məlumatına görə, Avropa çempionatı zamanı mini-futbol üzrə milli komandamızın qazandığı kubok iyunun 15-də xüsusi avtobusda paytaxtın əsas hissələrində nümayiş olunub.

Hüseyn Cavid parkının yaxınlığından yola düşən avtobus və milli komandanın üzvləri, eləcə də azarkeşlər şəhər turu çərçivəsində "Flame Towers", "Qoşa Qala" qapısı, "Qız qalası", "Azneft" meydanı və Bayraq meydanı istiqamətində marşrut üzrə hərəkət edib. Avtobus Zəfər Parkı ilə gedərək Ağ Şəhər Bulvarında dayanıb. Milli komandayla birgə nazirliyin şöbə müdiri Elnur Məmmədov, Azərbaycan Mini-futbol Federasiyasının sədr müavini, "Zirə"nin prezidenti Taleh Nəsibov, federasiyanın təsisçisi, klubun fəxri prezidenti Orxan Məmmədov, baş məşqçi Rəşad Sadıqov və başqa şəxslər olub.


Digər xəbərlər