MOK rəsmiləri AOK-un 51-ci Baş Assambleyasında - Foto

MOK rəsmiləri AOK-un 51-ci Baş Assambleyasında - Foto
Olimpiya, Digər
11 İyun 2022 - 10:11
Supersport.Az-ın məlumatına görə, dünəndən Makedoniyanın Skopye şəhərində Avropa Olimpiya Komitəsinin 51-ci Baş Assambleyasının iclası keçirilir. Şimal Makedoniya MOK-un prezidenti Daniel Dimeski, AOK-un prezidenti Spiros Kapralos, BOK-un prezidenti Tomas Baxın iştirak etdiyi iclasda "Paris–2024" Yay Olimpiya Oyunları, "Milano Kartina-2026" Qış Olimpiya Oyunları müzakirə olunacaq. Həmçinin 3-cü Avropa Oyunları – "Krakov və Malopolska-2023" Təşkilat Komitəsinin və "Pekin-2022" üzrə BOK təşkilat komitəsinin hesabatları dinləniləcək.
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Baş katib Azər Əliyev və MOK Beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov da AOK-un 51–ci Baş Assambleyasının iclasında iştirak edirlər.
Baş Assambleyanın iştirakçılarına AOK prezidenti Spiros Kapralos, AOK Baş katibi Rafael Paqnozi tərəfindən hesabatlar da təqdim olunacaq. AOK-un 2021-ci il maliyyə hesabatı, 2023-cü ilin büdcəsi, xarici auditorların təyinatı və AOK komissiyalarının hesabatları da iclasın gündəliyinə salınıb.

Digər xəbərlər