Qurban Qurbanova "Şöhrət" ordeni təqdim olundu - Foto

Qurban Qurbanova "Şöhrət" ordeni təqdim olundu - Foto
Futbol, Foto
25 May 2022 - 14:19


Supersport.Az-ın məlumatına görə, bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmuş "Qarabağ" Futbol Klubunun baş məşqçisi Qurban Qurbanova ali mükafatı təqdim edib.




AFFA prezidenti Qurban Qurbanovu bu münasibətlə bir daha təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.




Qurban Qurbanov verilən yüksək qiymətə görə dərin minnətdarlığını bildirib.

Digər xəbərlər