Qurban Qurbanov: "Qarabağ"da döyüşçü olmayan şəxs yer ala bilməz" - Video

Qurban Qurbanov: "Qarabağ"da döyüşçü olmayan şəxs yer ala bilməz" - Video
Futbol, Eksklüziv, Video
17 May 2022 - 17:17
Supersport.Az "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan Premyer Liqasında qazandıqları 9-cu çempionluq münasibətilə təşkil olunan tədbirdə fikirlərini videogörüntüyə alıb.


"Bizim bütün uğurlarımızda elə insanlar var ki, çoxları onları görmür. Bütün sıravi işçilərimizə təşəkkür edirəm. Eyni zamanda rəhbərliyə minnətdaram ki, bütün istəklərimizi yerinə yetirdilər və uğurlarımızın təməlini qoydular" deyən 50 yaşlı mütəxəssis bildirib ki, futbolçularına güvənərək, onlara hər zaman döyüşçülər kimi müraciət edib:

"Çox istəyirəm ki, daha yaxşı döyüşçü, vətənpərvər olasınız. Heç vaxt heç bir bölgəmizi ayırmaq istəmirəm, amma bircə Qarabağın yeri başqadır. Bu komandada döyüşçü olmayan şəxs yer ala bilməz. Biz uduza bilərik, çempion olmaya bilərik, amma döyüşmək mütləqdir".

Qurban Qurbanov Qarabağın dəyər olduğunu söyləyib:

"Dövlət başçısının bu komandaya diqqəti tam fərqli olub. Ona görə də məsuliyyətsiz və istəksiz olmağa haqqımız yoxdur. Mən sizdən döyüşməyi tələb edəcəyəm".

Digər xəbərlər