Futbol yığmamız sonuncu oldu - Video

Futbol yığmamız sonuncu oldu - Video
Futbol, Video
16 May 2022 - 20:11
Supersport.Az-ın məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Gürcüstanda təşkil edilən UEFA İnkişaf turnirində uğursuz çıxış edib. Əvvəlcə Zambiyaya 1:3 hesabıyla məğlub olan yığmamız bu gün gürcülərə uduzub - 0:1. Gürcüstan seçməsindən yeganə qolu 50-ci dəqiqədə Avtandil Maşava vurub. Millimiz sıfır göstəriciylə beynəlxalq yarışda sonuncu olub. Gürcüstan yığması Zambiya ilə ilk oyununda əsas vaxt 1:1 bitdiyindən penaltilər seriyasında 4:3 hesabı ilə qalib gəlmişdi. Gürcülər yarışda birinci olublar.


 

Digər xəbərlər