"Zirə" - "Neftçi" matçında qalmaqal - Video

"Zirə" - "Neftçi" matçında qalmaqal - Video
Futbol, Video
15 May 2022 - 19:11
Supersport.Az-ın məlumatına görə, Premyer Liqanın 27-ci turu çərçivəsində keçirilən "Zirə" – "Neftçi" oyunu qalmaqalla yadda qalıb.


Matçın 20-ci dəqiqəsində Loris Bronyo ilə Yusuf Laval arasında münaqişə olub. "Neftçi"nin futbolçusu "Zirə"nin yunan oyunçusu Dmitrios Çantakiasla da mübahisə edib. Zirə klubundan Təmkin Xəlilzadəylə "Neftçi" nin köməkçi məşqçisi Mübariz Orucovla sərt dialoq yaşanıb. "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov isə araya girərək futbolçularını sakitləşdirib. Hadisələrin yekununda matçın hakimi Rauf Cabbarov "Neftçi"dən Yusuf Lavala, "Zirə"dən isə Rəşad Sadıqov, Təmkin Xəlilzadəyə sarı vərəqə göstərib. Meydan sahiblərinin çalışdırıcısı isə dördüncü hakimə üzünü tutaraq : "Allah böyükdür, mənə Allah bəs edər" deyib.

Digər xəbərlər