Azərbaycan bayrağı Ukrayna millisinin formasında

Azərbaycan bayrağı Ukrayna millisinin formasında
Futbol
10 May 2022 - 15:55
Futbol üzrə Ukrayna milli komandası üçün xüsusi forma hazırlanıb.

Supersport.Az xəbər verir ki, köynəyin üzərində Ukraynanın xəritəsi təsvir olunub.

Dövlət sərhədləri ukraynalılara yardım göstərən ölkələrin bayraqlarının olduğu xətlərlə göstərilib. Həmin ölkələr arasında Azərbaycan və Türkiyə bayraqları da var.

Xəritənin ortasında “Ukrayna naminə birləşmə” mənasını verən “United for Ukraine” yazısı yer alıb. Formanın arxa hissəsində isə müharibə nəticəsində dağıdılmış Ukrayna şəhərlərinin adları qeyd olunub.

Bu geyimdən yalnız DÇ-2022-nin pley-off oyunlarına hazırlıq matçlarında istifadə ediləcək.

Digər xəbərlər