"Neftçi" - "Visla" oyununda dava - Video

"Neftçi" - "Visla" oyununda dava - Video
Futbol, Video
19 Yanvar 2022 - 21:55
Azərbaycanın "Neftçi"siylə Polşanın "Visla" (Plotsk) komandası arasında Türkiyənin Antalya şəhərində keçirilən yoxlama oyununda qalmaqal olub.


Supersport.Az xəbər verir ki, ilk münaqişə 73-cü dəqiqədə baş verib. Azərbaycan klubunun müdafiəçisi Mert Çelik topu rəqibdən almağa cəhd edərkən, Polşa təmsilçisinin futbolçusu ona sərt qarşılıq verib. Baş hakim hər iki oyunçuya sarı vərəqə göstərib.

77-ci dəqiqədə isə "Neftçi"nin digər futbolçusu Eddi İsrafilov diqqət mərkəzinə düşüb. İsrafilov ona qarşı kobud oynayan rəqib futbolçu ilə kəllə-kəlləyə gəlib. Mübahisə zamanı texniki zonada əyləşənlər də olaya müdaxilə edib. Hakim hər iki oyunçuya sarı vərəqə göstərdikdən sonra matç davam edib.

Qeyd edək ki, "Neftçi" "Visla"yla oyunda hesab açsa da, üstünlüyü qoruya bilməyib.

Digər xəbərlər