"Sabah"la "Keşlə" 1/4 finalda

"Sabah"la "Keşlə" 1/4 finalda
Futbol
11 Dekabr 2021 - 19:57


Azərbaycan Kubokunda 1/8 final mərhələsi başa çatıb.

Supersport.Az xəbər verir ki, ikinci oyun günündə 2 matç keçirilib. "Keşlə" evdə "Qaradağ Lökbatan"a qalib gələrək 1/4 finala adlayıb. Komanda 1/4 finalda "Qarabağ"la qarşılaşacaq.

Digər görüşdə isə "Kəpəz" "Sabah"ın qonağı olub və 0:3 hesabı ilə uduzub. Bakı təmsilçisi növbəti mərhələdə "Neftçi" ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu mərhələdə 1 oyundan ibarətdir və qaləbə qazanan komandalar 1/4 finala yüksəlibıər.

Əlavə edək ki, ötən gün oynanılan qarşılaşmalarda "Qəbələ" və "Səbail" 1/4 finala adlayıb.

11 dekabr (şənbə)

18:00. “Sabah” – “Kəpəz” - 3:0 

Qollar: Mikels, 57, 61, Kamran Quliyev, 90+2
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Bank Respublika Arena

15:00. “Keşlə” –
“Qaradağ Lökbatan” - 2:1

Qol: Elnur Səmədov, 7 (0:1), Samir Abdullayev, 32 (1:1), Rəhman Hacıyev, 58 (2:1)
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Müslüm Əliyev, Elçin Məsiyev
ASK Arena

10 dekabr

MOİK – “Qəbələ” - 1:2

“Zaqatala” – “Səbail” - 1:3

1/4 final cütlükləri

2 fevral

"Zirə" - "Səbail"

"Sumqayıt"  - "Qəbələ"

1 fevral

"Qarabağ" - "Keşlə"

"Neftçi" - "Sabah"


Digər xəbərlər