Nazir "Qarabağ"ı ziyarət etdi, yüksək qiymət verdi - Foto

Nazir "Qarabağ"ı ziyarət etdi, yüksək qiymət verdi - Foto
Futbol, Foto
13 Dekabr 2021 - 08:29


Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov dekabrın 12-i "Qarabağ"ın bazasını ziyarət edib. 

Supersport.Az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl nazir Fərid Qayıbovu bazada futbolçular üçün yaradılmış şəraitlə tanış edib.

Nazir Fərid Qayıbov çıxışında komandanın UEFA Avropa Konfrans Liqasında tarixi uğura nail olaraq, pley-off mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edib, səmimi qarşılanmaya görə minnətdarlığını bildirib.

Tahir Gözəl nazir Fərid Qayıbova dəvəti qəbul etdiyi və “Qarabağ” barədə xoş sözlər səsləndirdiyi üçün təşəkkür edib.


















Digər xəbərlər