Qurban Qurbanov: "Minimum vəzifəni yerinə yetirdik"

Qurban Qurbanov: "Minimum vəzifəni yerinə yetirdik"
Futbol
10 Dekabr 2021 - 10:09

Supersport.Az-ın məlumatına görə, "Bazel"lə oyundan sonra mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb.




"Məğlubiyyətə baxmayaraq, futbolçularımı təbrik edirəm. Qarşımıza qoyulan minimum vəzifəni yerinə yetirdik. Qalib gəlməyi çox istəyirdik. Futbolçulara tapşırıq verilmişdi ki, heç bir halda geri çəkilməməliyik. Sonadək meydanda bunu gördüm. Xeyli sayda qol epizodları yaxaladıq. Heç olmasa, bunların bəzilərindən istifadə etmək lazımdır. Amma həyəcan, heç nədən buraxılan qol bizə mane oldu. Mənim əsas istəyim futbolçularımın matça köklənməsi idi. Bunun da şahidi oldum. Oyunçularımın hər birini qucaqlayır, onlara gələcək görüşlərdə uğurlar arzu edirəm".

Digər xəbərlər