Qurban Qurbanov: "AFFA-nın toplantısında adım çəkilməyib, narahat olmayın" - Video

Qurban Qurbanov: "AFFA-nın toplantısında adım çəkilməyib, narahat olmayın" - Video
Futbol, Video
05 Dekabr 2021 - 22:05
Supersport.Az "Qarabağ"ın baş məşqçisi, yığmamızın sabiq çalışdırıcısı Qurban Qurbanovun millimiz barədə fikirlərini videogörüntüyə alıb.


Təcrübəli mütəxəssis, "Canni De Byazi milli komandanın baş məşqçisi postunda saxlanıldı. Cəmiyyətdə belə bir fikir var ki, siz və ya Rəşad Sadıqov millinin baş məşqçisi olmalısınız. Yenidən sizə təklif olsa, yığmada işləyərsiniz?" sualını cavablandırıb:

"Milli ilə bağlı bir neçə dəfə demişəm ki, hər hansı fikrim yanlışlıq olar. Kazbek Tuayevin müsahibəsini oxudum. Orada Canni De Byazidən başqa heç kimin adı çəkilməyib. Ona görə narahat olmayın. Həqiqətən də millinin uğurlu çıxışını çox istəyirəm. Orta hesabla 30 ildir futbolun içindəyəm. Futboldan başqa heç bir peşəm hazırda yoxdur. Özüm yığmada həm futbolçu, həm baş məşqçi olmuşam. AFFA İcraiyyə Komitəsində yer almışam. Hazırda yalnız futbolu düşünürəm".

 

 

 

Digər xəbərlər