"Sabah" Olimpiya İdman Kompleksinə ziyan vurdu

"Sabah" Olimpiya İdman Kompleksinə ziyan vurdu
Futbol
04 Dekabr 2021 - 09:47
AFFA İntizam Komitəsi "Sabah" klubunu 240 manat cərimələyib.

Supersport.Az xəbər verir ki, buna "Sabah-2" komandasının futbolçularının "Qaradağ Lökbatan"a səfərdə 2:3 hesabı ilə uduzduğu I Divizionun X tur matçında intizamsızlığa yol vermələri səbəb olub.

Onlar Qaradağ Olimpiya İdman Kompleksinin stadionundakı dəhlizin qapısının şüşəsini sındırıblar. Klub cərimələnməklə yanaşı, vurulmuş zərəri də qarşılamalıdır.

Digər xəbərlər