DÇ-2022: Türkiyəyə çətin rəqiblər düşdü

DÇ-2022: Türkiyəyə çətin rəqiblər düşdü
Futbol
26 Noyabr 2021 - 21:27
2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.

Supersport.Az xəbər verir ki, İsveçrənin Sürix şəhərində gerçəkləşən tədbirdə pley-off cütlükləri müəyyənləşib.

Seçmə mərhələdə öz qrupunu 2-ci sırada başa vurmuş Türkiyə millisi C yolunda mübarizə aparacaq. "Ay-ulduzlular" yarımfinalda Portuqaliya yığması ilə qarşılaşacaq. Ştefan Kuntsun baş məşqçi olduğu kollektiv finala yüksələcəyi təqdirdə İtaliya - Şimali Makedoniya cütünün qalibini evdə qəbul edəcək.

DÇ-2022, pley-off mərhələsi

A yolu

Yarımfinal

1. Şotlandiya - Ukrayna

2. Uels - Avstriya

Final

2 cütünün qalibi - 1 cütünün qalibi

B yolu

Yarımfinal

1. Rusiya - Polşa

2. İsveç - Çexiya

Final

1 cütünün qalibi - 2 cütünün qalibi

C yolu

Yarımfinal

1. İtaliya - Şimali Makedoniya

2. Portuqaliya - Türkiyə

Final

2 cütünün qalibi - 1 cütünün qalibi

Qeyd edək ki, pley-off mərhələsində yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. Yarımfinal oyunları 2022-ci il 24 martda, final matçları isə 29 martda baş tutacaq.

Digər xəbərlər