"Mançester Siti", PSJ, "Real", "İnter" pley-offda

"Mançester Siti", PSJ, "Real", "İnter" pley-offda
Futbol
25 Noyabr 2021 - 09:37
Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci tur yekunlaşıb.

Supersport.Az xəbər verir ki, sonuncu oyun günündə A, B, C və D qrupları üzrə daha 8 matç keçirilib.

A qrupunda "Mançester Siti" evdə PSJ üzərində əzmkar qələbə qazanıb. "Leyptsiq" səfərdə rəqibini darmadağın edib. İngiltərə və Fransa təmsilçiləri növbəti mərhələyə yüksəlib.

B qrupunda pley-offa çıxması rəsmiləşən "Liverpul" doğma meydanda "Portu"nu məğlub edib. "Atletiko" "Milan"a uduub.

C qrupunda "Beşiktaş" pley-offa vəsiqəni rəsmiləşdirən "Ayaks"ı qəbul edib. Niderland təmsilçisi qalib gəlib.

"Sportinq" Dortmund "Borussiya"sından güclü olub.

D qrupunda "İnter" evdə Donetsk "Şaxtyor"a qalib gəlib.

Madrid "Real"ı Moldovada "Şerif"lə üz-üzə gəlib. Milan və Madrid təmsilçiləri qələbə sayəsində pley-offa vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqası


Qrup mərhələsi, 5-ci tur


24 noyabr

A qrupu

"Brügge" (Belçika) – "Leyptsiq" (Almaniya) 0:5

Qol: Nkunku, 12; 90+3. Forsberq, 17; 45+1. A.Silva, 26.

"Mançester Siti" (İngiltərə) – PSJ (Fransa) 2:1

Qol: Sterlinq, 63. Q.Jezus, 76 – Mbappe, 50.

Xal durumu: Mançester Siti – 12, PSJ – 8, Leyptsiq – 4, Brügge – 4.

B qrupu

"Atletiko" (İspaniya) – "Milan" (İtaliya) 0:1

Qol: Messias, 87.

"Liverpul" (İngiltərə) – "Portu" (Portuqaliya) 2:0

Qol: Alkantara, 52. Salah, 70.

Xal durumu: Liverpul – 15, Portu – 5, Milan – 4, Atletiko – 4.

C qrupu

"Beşiktaş" (Türkiyə) – "Ayaks" (Niderland) 1:2

Qol: Gezzal, 22-pen – Haller, 54; 69.

"Sportinq" (Portuqaliya) – "Borussiya" (Dortmund, Almaniya) 3:1

Qol: P.Qonçalves, 30; 39. Porro, 81 – Malen, 90+3.

Xal durumu: Ayaks – 15, Sportinq – 9, Borussiya – 6, Beşiktaş – 0.

D qrupu

"İnter" (İtaliya) – "Şaxtyor" (Donetsk, Ukrayna) 2:0

Qol: Dzeko, 61; 67.

"Şerif" (Moldova) – "Real" (İspaniya) 0:3

Qol: Alaba, 30. Kroos, 45+1. Benzema, 56.

Xal durumu: Real – 12, İnter – 10, Şerif – 6, Şaxtyor – 1.

Digər xəbərlər