"Qarabağ" Qəhrəman Komanda, Qurban Qurbanov Dahi Məşqçidir" - Video

"Qarabağ" Qəhrəman Komanda, Qurban Qurbanov Dahi Məşqçidir" - Video
Futbol, Eksklüziv, Video
24 Noyabr 2021 - 08:37
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində Ağdam rayonunun işğaldan azad olunmasının birinci ildönümü və "Qarabağ" Futbol Klubunun beynəlxalq yarışlarda əldə etdiyi uğurlara həsr olunmuş toplantı təşkil olunub. Tədbirdə Baş İdarənin rəisi Raqif Abbasov, "Qarabağ"ın direktoru Əmrah Çəlikəl, baş məşqçi Qurban Qurbanov, futbolçu Qara Qarayev, "İdman Azərbaycan" Televiziyasının sədr müavini Rövşən Binnətli, Supersport.Az-ın baş redaktoru Anar Cəfərsoy, "İmarət", "Qarabağ Ordu", "Leydis of Qarabağ" fanklubunun üzvləri iştirak ediblər.

Supersport.Az-ın rəhbəri Anar Cəfərsoy da toplantıda fikirlərini bölüşüb.


Baş redaktor, ilk olaraq Azərbaycanın zəfəri haqda danışıb:

"Allaha sonsuz şükürlər olsun ki, Azərbaycanımızı Vətən Müharibəsində düşmənlər üzərində qalib etdi. Xalqımız, ordumuz, dövlətimiz şanlı tarix yazdı.

Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayırıq. Onlarla qürur duyuruq. Uca Rəbbimiz buyurub ki, Şəhidlər ölmürlər, diridirlər".

Supersport.Az-ın rəhbəri, "Qarabağ" Futbol Klubunun Azərbaycanın əsas silahlarından biri olduğunu, möhtəşəm uğurlarının düşmənlərin təxribatları qarşısında bomba effekti verdiyini bildirib.

"Qarabağ" Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, respublikamızın təbliğatı baxımından, həmçinin ölkə futbolu adına misilsiz xidmətlər göstərib. Ağdam klubu peşəkar, sistemli, düzgün fəaliyyəti nəticəsində 8 ildir Avrokubokların qrup mərhələsində mübarizə aparır" deyən Supersport.Az-ın baş redaktoru, hesab edir ki, "Qarabağ" Qəhrəman Komanda, Qurban Qurbanov Dahi Məşqçidir.

"Qarabağ" möhtəşəm zəfərləriylə düşmənləri, hətta mənfur ermənilərin mətbuatını da "Qarabağ"ı Azərbaycan təmsilçisi kimi təqdim etməyə məcbur edib. Həm komandamızı, həm də fanatları orduya bənzədərdim".    

A.Cəfərsoy, "Qarabağ"a beynəlxalq yarışlarda birinci olmasını, Ağdamda zəfərlərini davam etdirməsini arzulayıb:

"Qəhrəman Komandamıza ən xoş sözlər, ən yüksək mükafatlar yaraşır. "Qarabağ"a beynəlxalq yarışlarda qalib olmağı arzulayıram.

Ağdamda da hər yerdə erməni vəhşiliyini gördük. İnşəAllah bu məkan da yenidən qurulacaq. Əsas arzularımdan biri də Qəhrəman Komandamızın Ağdamda möhtəşəm uğurlarını davam etdirməsi, həmin məkanda Avrokubok turnirinin final oyununun keçirilməsidir". 

Digər xəbərlər