Qurban Qurbanov: "Azərbaycanın Zəfəri kitablara yazılacaq, böyük elm olacaq" - Video

Qurban Qurbanov: "Azərbaycanın Zəfəri kitablara yazılacaq, böyük elm olacaq" - Video
Futbol, Eksklüziv, Video
10 Noyabr 2021 - 22:17
Supersport.Az 8 ildir Avrokubokların qrup mərhələsində mübarizə aparan "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun Zəfər Günüylə bağlı açıqlamasının videogörüntüsünü təqdim edir. Təcrübəli mütəxəssis qəhrəmanların əziyyətinin qarşılığını verə bilməyəcəklərini bildirib.


"Bu zəfərə həddindən artıq çox sevinirəm. Bir azərbaycanlı olaraq torpaqlarımızın başqasında olması bizə təsir edirdi. Uzun illər idi ki, hər gün bu mövzu hər yerdə gedirdi. Bu qədər vaxtda belə zəfəri gözləmək və bunu əldə etməkdən böyük xoşbəxtlik olmaz. Əsgərlərimizin, şəhidlərimizin qəhrəmanlığından nə qədər danışsaq, kifayət etməz. Xalqımızın adı qalxdı. Çox şey demək olar. Nə qədər desək də, yetməz. Bu zəfərə çox sevinirik. İnanın ki, mən hər zaman bu komanda üzərində təzyiq hiss eləmişəm. Bir azərbaycanlı olaraq hər zaman narahat olmuşam. Düşünmüşəm ki, uduzsaq necə olacaq? Amma indi inanın ki, çox rahat və ürəkliyəm. Nə qədər qələbə qazansaq da, çox çalışsaq da, zəifliyimiz var idi. Torpaqlarımız işğal altında idi. Biz orada necə insanlar itirmişik, nə qədər övladlar yetim qalıb. Yenə deyirəm, bu haqda çox danışmaq olar. İndi uduzmaqdan qorxmuram. Biz qalib xalqıq. Futbol böyük elmdir. Nə qədər futbol varsa, inkişaf da var. İndi komandam daha ürəkli və inamlıdır. Məğlub olmaqdan qorxmuruq. Artıq 1 il keçsə də, hər gün bu zəfərdən danışırıq. Bizim ailəmizdə də bu mövzular gedir, videolar izləyirik. Biz qəhrəmanlarımızın əziyyətinin qarşlığını verə bilmərik. Güclü və inamlı xalq kimi böyüyürük. Artıq uşaqlar dünyaya qəhrəman kimi gələcəklər. Bu zəfər kitablara yazılacaq, böyük bir elm olacaq. Əvvəl tarixdə olan digər ölkələrin qələbələrindən danışırdıqsa, indi özümüzdən danışacağıq. Biz də hər zaman çalışmışıq ki, Ağdamın adını uca tutaq. Rəhbərliyə təşəkkür edirəm ki, belə çətin anlarda komandanı saxladı. Biz aşağı düşmədik, minimum öz mövqeyimizi qoruduq. Artıq 8 ildir ki, Avropada "Qarabağ" haqda danışırlar.

Digər xəbərlər