Nazir Fərid Qayıbov dünya çempionatındakı qəhrəmanları qarşıladı - Video

Nazir Fərid Qayıbov dünya çempionatındakı qəhrəmanları qarşıladı - Video
Digər, Video
13 Oktyabr 2021 - 07:07
Supersport.Az gənclər, idman naziri Fərid Qayıbovun Norveçin paytaxtı Oslo şəhərində keçirilən dünya çempionatında 3-cü yeri tutan yunan-Roma güləşi üzrə millimizi təbrik etdiyi məqamı videogörüntüyə alıb.



Bakıda Beynəlxalq Aeroportunda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamızın qarşılanma mərasimi keçirilib.

Gənclər və idman naziri Fərid Qayıbov komandanı qarşılayanlar arasında yer alıb. Nazir güləşçiləri və məşqçiləri təbrik edib, onlarla xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Yunan-Roma güləşi üzrə millimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında uğurlu çıxış edib. Belə ki, yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb və komanda hesabında dünya üçüncüsü olub. Rusiya (152) birinci, İran (146) isə ikinci pillədə qərarlaşıb.

Beləliklə, komandamız 6 illik fasilədən sonra DÇ-də ilk "3-lük"də qərarlaşıb. Bundan başqa, Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə DÇ-də 4 medal qazanıb ki, bu da rekord nəticədir.

Osloda Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) isə bürünc medal qazanıb.

Digər xəbərlər