Millimiz azlıqdakı rəqibini uda bilmədi - Video

Millimiz azlıqdakı rəqibini uda bilmədi - Video
Futbol, Video
08 Oktyabr 2021 - 22:55
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Supersport.Az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda A qrupundakı 3-cü sınağında Finlandiya ilə üz-üzə gəlib.

Sumqayıtda oynanılan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Görüşdə ilk qolu 75-ci dəqiqədə qonaqların futbolçusu Daniel Hokans vurub. 66-cı dəqiqədə finlandiyalıların heyətində Terri Ablade ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 87-ci dəqiqədə isə hesab bərabərləşib. Rauf Hüseynli tarazlığı bərpa edib.

Bu nəticədən sonra ilk xalını qazanan Azərbaycan millisi 5-ci pillədəki yerini qoruyub. Xallarını 4-ə çatdıran Finlandiya seçməsi isə 4-cü sırada qərarlaşıb.

Digər xəbərlər