“Azərbaycanın istedadlı futbolçuları xarici klublarda oynayacaq” - Video

“Azərbaycanın istedadlı futbolçuları xarici klublarda oynayacaq” - Video
Futbol, Eksklüziv, Video
13 Sentyabr 2021 - 11:11
Supersport.Az Respublika Olimpiya Futbol Məktəbinin məşqindən videogörüntü hazırlayıb.

Məktəbin rəhbəri Azərbaycan yığmasının keçmiş baş məşqçisi, “Şöhrət” ordenli Kazbek Tuayevdir.

20 ildir mütəxəssis kimi çalışan İsa Fərzəliyev ölkədə istedadlı, perspektivli, bacarıqlı uşaq futbolçuların olduğunu, onların gələcəkdə legioner həyatı yaşayacağına inamını bildirib.

Təcrübəli məşqçi, məqsədlərinin klublarla, milli komandalara futbolçu hazırlamaq olduğunu söyləyib. Mütəxəssis indiyədək 100-dən çox uşağın yetişdirilməsində böyük xidmətləri olub. Məşqçinin yetirmələri “Qarabağ”, “Neftçi”, “Zirə”, “Sumqayıt”, “Qəbələ”, “Səbail”, “Keşlə”, “Sabah” klublarının müxtəlif yaş qruplarında çıxış edir.


 

Digər xəbərlər