Mahir Emreli: "Təmiz qolumun sayılmamasına təəccübləndim" - Video

Futbol, Eksklüziv, Video
31 Avqust 2021 - 09:53
Polşa çempionatının VI turunda Mahir Emrelinin çıxış etdiyi "Legiya" "Visla"nın qonağı olub. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda iki qol vuraraq komandasına qrupa daşıyan millimizin futbolçusu start heyətində yer almayıb. 46-cı dəqiqədə meydana çıxan Mahir 66-cı dəqiqədə qol vurub. Amma VAR-a baxan hakim qayda pozuntusu qeydə alaraq qolu saymayıb.


Vüsal Şirəliyev, Varşava