9-cu qızıl medalımız

9-cu qızıl medalımız
Olimpiya, Digər
29 Avqust 2021 - 15:53
Supersport.Az-ın məlumatına görə, Azərbaycan “Tokio-2020” Yay Paralimpiya Oyunlarının 9-cu qızıl medalını qazanıb.

70 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən qadın paracüdoçumuz Dürsədəf Kərimova ukraynalı Anastasiya Harnik və Braziliya idmançısı Meq Emmeriçə qalib gələrək həlledici mərhələyə yüksəlib. Finalda cüdoçumuzun rəqibi Qazaxıstan təmsilçisi Zarina Baybatina olub. Rəqibini ipponla məğlub edən D.Kərimova Paralimpiya çempionu olub.

Qeyd edək ki, indiyədək Azərbaycan komandasının aktivində 10 medal var. Belə ki, paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq) qızıl, Namiq Abaslı (66 kq) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Para-atlet Elvin Astanov nüvə itələmə yarışlarında birinci yeri tutub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edir. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Digər xəbərlər