8-ci qızıl medal

8-ci qızıl medal
Digər
29 Avqust 2021 - 11:09
Azərbaycanın para-atleti Elvin Astanov Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Supersport.Az xəbər verir ki, 42 yaşlı idmançı nüvə itələmə növündə bütün rəqiblərindən üstün olub.

O, 8,77 metr nəticə ilə paralimpiya rekordunu da qırıb.

Xatırladaq ki, para-atletimiz Həmid Heydəri də nizə atma növü üzrə yarışda dünya rekordu ilə qızıl medala sahib olmuşdu.

Qeyd edək ki, Azərbaycanın hazırda 8 qızıl və 2 bürünc medalı var. Ölkəmiz 6-cı pillədə qərarlaşıb.

Digər xəbərlər