“Qarabağ” azarkeşləri transfer bombasıyla sevindirmək istəyir

“Qarabağ” azarkeşləri transfer bombasıyla sevindirmək istəyir
Futbol, Eksklüziv
06 Avqust 2021 - 19:45
Supersport.Az-ın əldə etdiyi məlumata görə, UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində mübarizə aparan “Qarabağ” heyətini gücləndirəcək.

Baş məşqçi Qurban Qurbanovun argentinalı forvardı komandaya cəlb etməyə çalışdığı bildirilir. Komandayla futbolçu arasında ilkin razılıq əldə olunduğu, hücumçunun yaxın günlərdə kluba qoşulacağı gözlənilir.

Qeyd edək ki, yay transfer müddətində “Qarabağ” 6 futbolçu -  Kadi Borqes ("Vilafranquense", Portuqaliya), Ramil Şeydayev ("Sabah"), Marko Veşoviç, Bəhlul Mustafazadə ("Sabah"), Riçard Almeyda ("Zirə") və Qaspar Panadero Zamoranı ("Kadiz", İspaniya) gətirib.

Digər xəbərlər