"Neftçi"nin oyununda məşhur hakim

"Neftçi"nin oyununda məşhur hakim
Futbol
31 İyul 2021 - 12:32
UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 12-si Bakı vaxtı ilə saat 20:00-da "Bolt Arena"da keçiriləcək HİK – "Neftçi" matçının təyinatları açıqlanıb.

Supersport.Az-ın məlumatına görə, oyuna Almaniyadan olan hakimlər təyinat alıblar.

Baş hakim məşhur FİFA referisi, Çempionlar Liqasının bir çox vacib matçlarını idarə etmiş türk əsilli Deniz Aytekin olacaq. Kristian Ditz və Markus Zinn ona kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək.

UEFA nümayəndəsi Aldi Topçiu (Albaniya), hakim-inspektor isə Robert Sedlasek (Avstriya) olacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 3-ü 8-ci km stadionunda baş tutacaq və matça saat 21:00-da start veriləcək.

Digər xəbərlər