Rüstəm Orucov şokda: "Özümə gələ bilməmişəm"

Rüstəm Orucov şokda: "Özümə gələ bilməmişəm"
Olimpiya, Digər, Cüdo, Tokio-2020
27 İyul 2021 - 12:11
"Bildiyiniz kimi medalsız qaldım. Medal qazanmağı hamıdan çox istəyirdim".

Supersport.Az xəbər verir ki, Tokio Olimpiya Oyunlarını medalsız başa vuran cüdoçu Rüstəm Orucov belə deyib.

29 yaşlı idmançı Olimpiadakı çıxışı barədə danışarkən püşkdə bəxtinin gətirmədiyini bildirib:

"Püşkdə bəxtim gətirmədi. 3-cü görüşdə olimpiya çempionuna rəqib oldum. Bütün gücümü həmin görüşdə itirdim. Ondan sonra da bərpa ola bilmədim ki, sona qədər gedib bürünc medal qazanım. Bilmirəm nə deyim. Qismət belə imiş. Hələ ki, özümə gələ bilməmişəm. Mənə dəstək olanların hamısına təşəkkür edirəm".

Qeyd edək ki, Rüstəm Orucov Olimpiya Oyunlarında bürünc medal uğrunda görüşdə cənubi koreyalı An Çanqrimə məğlub olaraq yarışı 5-ci pillədə başa vurub.

Digər xəbərlər