Rüstəm Orucov da olimpiadada mükafatsız qaldı

Rüstəm Orucov da olimpiadada mükafatsız qaldı
Olimpiya, Digər, Cüdo, Tokio-2020
26 İyul 2021 - 14:15
Cüdoçumuz Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında mükafatsız qalıb.

Azərbaycanın əsas medal ümidlərindən hesab olunan təmsilçimiz əvvəlcə 1/16 finalda rusiyalı Musa Moquşkov, ardınca Tacikistan təmsilçisi Somon Makhmadbekova qalib gəlib. 1/4 finalda yaponiyalı Şohei Onoya uduzan Rüstəm Orucov təsəlliverici görüşdə kosovolu Akil Cakovanı üstələyib. Bürünc medal görüşündə isə o, dünya çempionu An Çanqrimə məğlub olaraq, 5-ci yerlə kifayətlənib.

 

Qeyd edək ki, Rüstəm Orucov 2016-cı il Rio Olimpiadasının gümüş mükafatçısıdır.

Digər xəbərlər