"Qarabağ” rəqibini uda bilmədi, "Keşlə" uduzdu

"Qarabağ” rəqibini uda bilmədi, "Keşlə" uduzdu
Futbol
22 İyul 2021 - 21:55
Bu gün 2 klubumuz da Konfrans Liqasında mübarizəyə başlayıb.

Supersport.Az xəbər verir ki, 2-ci təsnifat mərhələsində "Qarabağ" evdə İsrail "Aşdod"u ilə üz-üzə gəlib. Oyun qolsuz bitib.

"Keşlə" isə səfərdə Rusiyanın "Soçi" klubuna 3 qol buraxaraq məğlub olub.

Bu, adları çəkilən iki klubumuzun yeni yaradılan və bu mövsümdən keçirilməyə başlayan Konfrans Liqasında ilk oyunlardır.

22 iyul

UEFA Konfrans Liqası

20:00. "Qarabağ"(Azərbaycan) - "Aşdod" (İsrail) 0-0


Baş hakim: Sergey Boyko (Ukrayna)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
20:00. "Soçi" (Rusiya) - "Keşlə" (Azərbaycan) 3-0


Baş hakim: Enea Yorci (Albaniya)



Soçi. "Fişt" stadionu

21 iyul

“Çukariçki” (Serbiya) – “Sumqayıt” (Azərbaycan) - 0:0

Digər xəbərlər