"Neftçi" "Dinamo"ya qalib gəldi

"Neftçi" "Dinamo"ya qalib gəldi
Futbol
07 İyul 2021 - 21:53
"Neftçi" bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.

Supersport.Az xəbər verir ki, "ağ-qaralar" 7 ildən sonra qitənin əsas klub turnirində qüvvəsini sınayıb.

Flaqman I təsnifat mərhələsində Gürcüstanın ən titullu klubu olan Tbilisi "Dinamo"su ilə qarşılaşıb. Boris Payçadze adına “Dinamo Arena”da gerçəkləşən oyuna Bakı vaxtı ilə saat 20:00-da start verilib.

"Neftçi" "Dinamo"ya 2:1 hesabıyla qalib gəlib.

7 iyul

Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin ilk oyunu

20:00. "Dinamo" (Tiflis, Gürcüstan) - "Neftçi" (Azərbaycan) 1:2


Qollar: Zoran Marusiç, 36 - Namik Ələsgərov, 23, Emin Mahmudov, 57 (p)


Baş hakim: David Fuksman (İsrail)
Tbilisi. Boris Payçadze “Dinamo Arena”

"Dinamo": 30. Roin Kvasxvadze, 6. Bakar Kardava, 8. Milan Radin, 9. Giorgi Qabedava, 12. Levan Xarabadze, 15. Giorgi Papava (k), 19. Simon Qbeqnon, 21. Giorgi Kutsiya, 22. Fabian Sporkslede, 32. Zoran Maruşiç, 39. Saba Xvadagiani

"Neftçi": 30. Aqil Mammadov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 7. Namik Ələskərov, 8. Emin Mahmudov (k), 10. Sezar Meza Kolli, 11. Harramiz Suareş, 20. Mert Çelik, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane

Ehtiyat oyunçular: Kamran İbrahimov, Əlirza Müştəbəzadə, Fəhmin Muradbəyli, İsmayıl Zülfüqarlı, Mirabdulla Abbasov, Ömər Buludov, Vüsal Əsgərov, Asim Əlizadə, Emin Zamanov, Xəyal Nəcəfov.

Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gələcək. Məğlub tərəf isə yoluna Konfrans Liqasında davam edəcək.

Digər xəbərlər