Turan Bayramov Avropada meydan suladı

Turan Bayramov Avropada meydan suladı
Digər, Güləş
29 İyun 2021 - 19:01
Supersport.Az-ın məlumatına görə, Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatında Azərbaycan layiqincə təmsil olunur.
Turan Bayramov qitə birinciliyinə alman güləşçisi üzərində inamlı qələbəylə start verib. Bayramov 1/4 finalda daha öncə bir neçə dəfə məğlub etdiyi Narek Harutyunyanla qarşılaşıb. Ənənəsinə sadiq qalaraq Ermənistan güləşçisinə növbəti dəfə qalib gələn Turan adını yarımfinala yazdırıb. Titullu güləşçimiz gürcü rəqibinə də tam üstünlüklə qalib gələrək finala vəsiqə qazanıb. Həlledici görüşdə Moldova idmançısına da heç bir şans tanımayan Bayramov yarış boyunca rəqiblərinə 1 xal verməyərək Avropa çempionu olub.

70 kq

1/8 final: Turan Bayramov – Simon Monz (Almaniya) 10:0
1/4 final: Turan Bayramov - Narek Harutyunyan (Ermənistan) 5:0
1/2 final: Turan Bayramov - Davit Patsinaşvili (Gürcüstan) 11:0
Final: Turan Bayramov - Stanislav Novak (Moldova) 7:0

Digər xəbərlər