“Neftçi”nin “Spartak”la oyununun vaxtı

“Neftçi”nin “Spartak”la oyununun vaxtı
Futbol
26 İyun 2021 - 01:40
“Neftçi”nin təlim-məşq toplanışının ikinci mərhələsi çərçivəsində keçirəcəyi sonuncu yoxlama matçının məkanı və başlanma saatı müəyyənləşib.

Supersport.Az klubun saytına istinadən xəbər verir ki, Rusiyanın “Spartak” (Moskva) klubu ilə görüş iyunun 29-da Avstriyanın Fillax şəhərindəki “Sportzentrum Landskron”da keçiriləcək və Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Oyun “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan komanda iyunun 21-də Sloveniyanın “Olimpiya” (1:1), 24-də isə “Domjale” (1:2) klubları ilə qarşılaşıb.

Digər xəbərlər