Eksklüziv: Mahir Emreli "Legiya"yla müqavilə imzaladı - Video

Eksklüziv: Mahir Emreli "Legiya"yla müqavilə imzaladı - Video
Futbol, Eksklüziv, Video
08 İyun 2021 - 22:30
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın "Legiya" klubuna keçidi rəsmiləşib.

Supersport.Az saytı xəbər verir ki, 23 yaşlı hücumçu ilə 2024-cü ilin 30 iyununa qədər müqavilə imzalanıb. O, yeni klubunda 11 nömrəli formada çıxış edəcək.

Supersport.Az-ın Varşavadakı müxbiri Vüsal Şirəliyev Mahir Emrelinin "Legiya" klubuyla müqavilə mərasimini videogörüntüyə alıb.


Qeyd edək ki, "Bakı"nın yetirməsi olan M.Emrelinin son klubu "Qarabağ" olub. O, 2015-ci ildən Ağdam təmsilçisində çıxış edirdi.

Digər xəbərlər