Qurban Qurbanov: "Çempionatda say artmalı, səviyyə qalxmalıdır" - Video

Qurban Qurbanov: "Çempionatda say artmalı, səviyyə qalxmalıdır" - Video
Futbol, Video
05 Aprel 2021 - 07:21
Supersport.Az Azərbaycan Premyer Liqasının 21-ci turunda "Keşlə"ylə xalları bölən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun çempionatın səviyyəsiylə bağlı fikirlərini videogörüntüyə alıb.


Təcrübəli mütəxəssis, sualımıza cavabında çempionatın durumundan narazı olduğunu bildirib:

"İki oyuna görə çempionatın səviyyəsinə qiymət vermək olmaz. Mən həmişə bir xala önəm vermişəm. Getdikcə bütün komandalar bir-birini o qədər yaxşı tanıyır ki, onlara qarşı oynamaq asandır. Çempionatın səviyyəsindən razı deyiləm. Daha yaxşı olmasını istəyirəm. Avropada yaxşı oynamaq üçün çempionatın səviyyəsi qalxmalıdır. Çempionatdakı komanda sayı azalmasın. Həmişə demişəm ki, say artmalıdır. Heç bir komandaya eyni rəqiblə 4-6 dəfə oynamaq xoş deyil. Nə qədər çox komanda olsa, o qədər yaxşıdır".

Anar Cəfərsoy

Digər xəbərlər