Boksçularımız qardaş ölkədə

Boksçularımız qardaş ölkədə
Digər, Boks
28 Fevral 2021 - 00:24
Kişi boksçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışındadır.

Supersport.Az-ın məlumatına görə, baş məşqçi Umberto Orta Domingesin rəhbərlik etdiyi komanda Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığı Türkiyənin Kastamonu şəhərində keçir.

Məşqçilər korpusu toplanışda Rüfət Hüseynov, Məsud Yusifzadə (hər ikisi 52 kq), Ümid Rüstəmov, Tayfur Əliyev (hər ikisi 57 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (hər ikisi 63 kq), Sərxan Əliyev, Lorenzo Sotomayor, Nəbi İsgəndərov (hər üçü 69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominges (81 kq), Osnay Benkoma (91 kq) və Məhəmməd Abdullayevi (+91 kq) yoxlayacaq.

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ənənəvi “Strandja” turnirinə qatılan Türkiyə millisinin də sonradan Azərbaycan idmançıları ilə birgə məşq edəcəyi istisna olunmur.

Komanda martın 21-dək davam edəcək hazırlığın son günlərində beynəlxalq turnirə də qatılacaq. Yığma üzvləri İstanbulda təşkil olunacaq Boğaziçi yarışında qüvvəsini sınayacaq. Bu turnir martın 16-da start götürəcək.

Qeyd edək ki, boksçular Türkiyəyə hazırlıq keçirlər. Komandanın heyətində hələlik Tayfur Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.

Digər xəbərlər