Milli Məclisin sədrinin müavini Adil Əliyev futbol məşqçisini mükafatlandırdı

Milli Məclisin sədrinin müavini Adil Əliyev futbol məşqçisini mükafatlandırdı
Futbol
25 Fevral 2021 - 22:33


Supersport.Az xəbər verir ki, bu gün Milli Məclisdə Vətən müharibəsinin iştirakçıları, arxa cəbhədə xidmət edən fəallar və ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılarla növbəti görüş keçirilib.

Milli Məslisin sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev açıqlama verib:

"Görüş zamanı onları maraqlandıran məsələlər ətrafında geniş müzakirə etdik. Eyni zamanda vətəndaşlarımız bilməlidir ki, ölkəmizin ərazi bütövlüyünün qorunması zamanı qəhrəmancasına şəhid olmuş hərbi qulluqçuların ailə üzvləri, habelə qazilərimiz daim diqqət mərkəzindədir. Onların qayğılarının həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanıyla "Yaşat" Fondu, habelə yerli icra hakimiyyətlərində müvafiq şöbələr yaradılmışdır".

Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman Komitəsi Vətən müharibəsində arxa cəbhədə fəal iştirakına görə məşqçiyə də yüksək qiymət verib.

Milli Məslisin sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev "Keşlə" Futbol Akademiyasının  qapıçılar üzrə çalışdırıcısı Toğrul Əhmədovu fəxr fərmanla təltif edib.

Qeyd edək ki, T.Əhmədov əvvəlcə "Neftçi"nin aşağı yaş qrupunda, həmçinin birinci divizion klublarında futbol oynayıb. "Şuşa-Qarabağ"ın məşqçisi kimi fəaliyyət göstərən 35 yaşlı Əhmədov, "Səbail"lə birinci liqanın qalibi olaraq premyer liqaya vəsiqə qazanıb.

 

 

Digər xəbərlər