Azarkeşlər stadionlara buraxılacaq

Azarkeşlər stadionlara buraxılacaq
Futbol
23 Fevral 2021 - 10:01
Supersport.Az-ın məlumatına görə, İngiltərədə pandemiya səbəbindən  verilən qadağalar tədricən aradan qaldırılacaq.

Baş nazir Boris Conson 8 martdan başlayaraq bu prosesin həyata keçiriləcəyini bildirib. Aprelin 12-də idman salonları açılacaq.

Stadionlara azarkeşlər mayın 17-dən buraxılacaq.

Qapalı salonlarda yarışları 1000, açıq havada turnirləri 10 min tamaşaçı canlı izləyə biləcək.

Ölkədə ötən ilin martında pandemiya səbəbindən azarkeşlərə qadağa qoyulub, 4 dekabrda bu məhdudiyyət bir qədər aradan qaldırılmışdı.

İngiltərədə yanvarın 5-də üçüncü karantin qərarının ardından yarışlara tamaşaçı buraxılması yenidən qadağan olunub.

Digər xəbərlər