“Real”dan 852 milyon - Mbappe, Haaland üçün

“Real”dan 852 milyon - Mbappe, Haaland üçün
Futbol
23 Fevral 2021 - 08:47
Supersport.Az-ın məlumatına görə, “Real Madrid” əsrin transferini etməyə hazırlaşır.

İspaniya mediasının iddiasına əsasən, Kilian Mbappeylə Erlinq Haalandın heyətə cəlb olunması məqsədilə klub 852 milyon avro ayırıb. “Real” PSJ-li Mbappeyə illik 72 milyon, Dortmund “Borussiya”sının üzvü Haalanda isə 20 milyon maaş təklif edəcək. Hər ulduzun transferinə ortalama 150 milyon avro ödəməsi gözlənilən İspaniya təmsilçisinin oyunçularla 6 il müqavilə imzalayacağı təqdirdə məbləğin ümumilikdə 852 milyona çatacağı bildirilir.

Bu mövsüm Mbappe PSJ formasıyla 34 oyunda 23 qol vurub, 10 effektli ötütmə verib.

20 yaşlı Haaland “Borussiya”da 25 matçda 27 qol, 6 effektli ötürməylə yadda qalıb.

Alman klubunun əsas silahı 1,5 ildə qiymətini 22 dəfə artırıb.

2019-da “Zalsburq”da dəyəri 5 milyon avro olan Haaland bu məbləği 110 milyona çatdırıb. Peşəkar karyerasında 20 yaşlı ulduz futbolçu 137 oyunda 92 qol vurub, 23 effektli ötürmə verib.

Digər xəbərlər