Bu gün Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.
Supersport.Az xəbər verir ki, son oyun günündə də 2 görüş olub.
Günün ilk matçında 13 xalla son pillədə yer alan “Keşlə” 24 xalla 3-cü sırada qərarlaşan “Zirə” ilə üz-üzə gəlib. Oyun 2:2 hesabıyla başa çatıb.
Turun son oyunu “Neftçi” və “Qəbələ” arasında olub. Paytaxt klubu son dəqiqədə vurduğu qolla qalib gəlib.
Azərbaycan Premyer Liqası
XVI tur
16:00. “Keşlə” – “Zirə” 2:2
Qollar: Klesio Bauk, 17 (0:1). Nicat Qurbanov, 19 (1:1) Sadio Tounkara, 21 (2:1), Davit Volkov, 73 (2:2)
Hakimlər: Elçin Məsiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASK Arena”.
18:00. “Neftçi” –“ Qəbələ” 1:0
Qol: Emin Mahmudov 90+4
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bakcell Arena”.
Qeyd edək ki, turun açılış günündə “Səbail” evdə “Sabah”ı 2:0 hesabı ilə məğlub edib, “Qarabağ” isə “Sumqayıt”la səfər matçında qolsuz heç-heçə edib.
Bombardirlər:
Mahir Emreli (“Qarabağ”) – 11 qol
Namiq Ələsgərov (“Neftçi”) – 10 qol
Filip Ozobiç (“Qarabağ”) – 7 qol
Əli Qurbani (“Sumqayıt”) – 7 qol
Davit Volkov (“Zirə”) – 7 qol
Kvabena Ovusu (“Qarabağ”) – 6 qol
Ağabala Ramazanov (“Zirə”) – 5 qol
Kevin Kubemba (“Sabah”) – 5 qol
Klesio Bauk (“Zirə”) – 5 qol