Elxan Məmmədov premyer liqaya qiymət verdi

Elxan Məmmədov premyer liqaya qiymət verdi
Futbol
15 Fevral 2021 - 01:08
"Həftəsonu istər televiziya vasitəsilə, istərsə də stadionda Azərbaycan Premyer Liqasının oyunlarını izlədim".

Supersport.Az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov milli assosiasiyanın mətbuat xidmətinə açıqlamasında belə deyib.

O bildirib ki, çempionatdakı hər xalın böyük əhəmiyyəti var:

"8 komandalı çempionat həm də o deməkdir ki, heç bir komandaya arxayınlaşmaq olmaz, hər oyun mübarizədir, hər xalın böyük əhəmiyyəti var. Gələcəkdə komanda sayı artarsa, hazırkı mübarizə əzmini qoruyub-saxlamaq vacibdir".

Digər xəbərlər