AFFA keçmiş referini qovdu

AFFA keçmiş referini qovdu
Futbol, Eksklüziv
14 Fevral 2021 - 16:30
Supersport.Az-a daxil olan xəbərə görə, AFFA fəaliyyətində ciddi nöqsanlara yol verən keçmiş referini cəzalandırıb.

Məlumatda bildirilir ki, qurum Elçin Məmmədovu Hakimlər və Hakim-İnspektorlar Komitəsi üzvlüyündən kənarlaşdırmağa qərar verib. Məmmədovun özünə aid olmayan məsələlərə qarışması və işinə ciddi yanaşmaması səbəbindən uzaqlaşdırıldığı qeyd olunub. Qurumda Elçin Məmmədovun əvəzinə keçmiş FİFA referisi, hakim-inspektor Babək Quliyev gətirilib.

Komitənin tərkibində AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Fritz Stuxliklə yanaşı, Vüsal Əliyev, Anar Salmanov, Ömər Paşayev də yer alıb.

 

 

 

Digər xəbərlər